atlass küçələrdə şarkı sözleri
Gecə saat dörddəyəm və dumanlı tüm başlar
Küçələrdə yatıram tək X öldüyü yaşda
Nə qədər pis olarsa bu insanlar
Yoldaşlar səhv edib gözümdən də töküldü tüm yaşlar
İsti bir yeməyim vardı, bu soyuqda soyudu
Dünya qədər param vardı, dilənçilər soydu
Yox olmağa gərək varmı, yox oldu tüm oynum da
Acından ağlıyarkən mən bir yanımda toydu
Bezdim artıq önyarğıyla dolu insan baxışından
Bir-biriylə dava edib, toxluq üçün yarışından
Sağ tərəfdə dava edən iki nəfəri görən biri
Qışqırırdı üzlərinə: yetər artıq barışın lan!
Əlli metr gedəndə gördüm qabağıma gələnləri
Utandım mən, əlim üzümdə bilmədim ki neyləyərik
Hər tərəfdə cavan qızlar satırlar o bədənləri
Yanlarında oğlanlar unudur pis xatirəni
Gecə axırdı üzümdən soyuqda axan tər kimi
Danışacaq bi’ adam yoxdu ətrafımda dərdimi
Ay işığı işıq tuturdu mənim qara yollarıma
Yalın ayağıma baxıb addımlayırdım mən səbr edib
Maşınlar da getmir artıq qar yağanda sakit olur
Səssizliyin himninə indi qarğalar daxil olur
Yolumu gedərkən qarşıma çıxan yaşlı bir dayı
Arxamca qışqırırdı ki, Tanrı indi kafir olub
Ara küçəyə dönən kimi boz şəhərim dəyişdi
Altı nəfər dayanıb bir oğlanın üstünə girişdi
Qaçdım telefon butkasına zəng elə polisi
Polis mənə neyniyirsən o saatda sən, nə işdi
Dedi və getdim, hər şey oldu da bitdi
Cavanın fəryadları boz küçələrdə itdi
Mən istəyirdim ki kömək edim oğlana
Amma mən ora gedənə qədər artıq iş işdən də keçdi

