badclause ayrı dünyalar şarkı sözleri

Çoxdandır ki, sən barədə yazmırdım Unutduğumu sanmışdım, yanılmışam mən Gedən qədəmlərinə xeyir-dua, qarğışam hərdən Bir müddət qal bu şəhərdə, gəl qalmışam həmdəm Yarı gecələr yas tuturam, yarı səhərlər Şərəfin qaldısa səhvən qoy onda yazım əzəldən Danışım nə etdiklərindən, əhv etdiklərimdən Danışım dəyərindən bir az da sən yan qəhərindən Yadında demişdim ki, bizi bizdən tək biz ayıra bilərik onda Bizdən başqa hər kəsin odunda köz olmuşduq Yalanlar danışdıq, bir az inanmışdıq Hər şey öz yoluna düşər, düşürdü az qalmışdı Amma öz axmaqlıqlarımızın ucbatından elə bir yerə gəldik ki Artıq hisslər belə kömək olmur Nə qədər ürək-dirək oldum, körpə qəlbə bələk oldum Sonda bacarmadıq və ayrılıq gərək oldu Yarım qalan bir hekayə yoxdur ömür var Mənlə birgə doğulub orda-burda mənsiz ölür yar Özgəsiylə sıxma qəlbi, gəlsə könül dar Nə vaxtsa bezib, çıxıb getsən inan, yol deyil intihar Deyirəm geri dön, göz qayıdır dil yox deyir, imkan Səninçün heçəm artıq, bilirəm ağıla yer eliyib inkar Əgər ki, könül toxsa görəcəksən hər ürəyi zindan Olmasa qeyri bir ünvan, çəkinmə burda yerin var Biz ayrı dünyaların adamları Ayrı röyalarda tək qalanlar idik bunu sonda anladım Gəzişir sarışan halım, közlər üstündə ayaqyalın Ötür doğum günləri tək üfürüb yanılı şamları Biz ayrı dünyaların adamları Ayrı röyalarda tək qalanlar idik bunu sonda anladım Gəzişir sarışan halım, közlər üstündə ayaqyalın Ötür doğum günləri tək üfürüb yanılı şamları
Sanatçı: Badclause
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 2:43
Toplam: kayıtlı şarkı sözü
Badclause hakkında bilgi girilmemiş.

Fotoğrafı