badclause hava (feat. promete) şarkı sözleri

Bizə lazım olan mərhəmətdir, ədalət yox Bizə lazım olan cinayətkarın özüdür, cinayət yox Məzənnədəki rolumuzdu ki, bu gün nə qədər dəyər görmüşük Pərdələri cırmaqdır ki, neçə nəfər üçün artıq ölmüşük Adət-ənənələrimizə uyğun yola veririk bir-birimizi Bizə öyrədilən də elə budur ki, dava salmayın Oyanın bircə dəqiqə, qalxın ayağa, bəsdir yatdız Heçnə yaxşı deyil burda, kimisə zorla razı salmayın Hardaki qayda-qanun olsa orda bir zibil tapaq Bəlkə də bu ən sonuncu mahnımdı, öləcəm sabah Yazacam tarixi anlardan, hər gizli sektadan Qələmin mürəkkəbisə vərəqə dəyib dönəcək qana Bəlkə yaralı göyərçinlərin ahıdır, hər müharibə Artıq dəbə düşüb acından ölmək dörd uşaq ilə Cibində pulu ola-ola batan nə qədər ömürə şahidəm Həyat fəlsəfəsəmdə iz buraxdı hər müşahidəm Dünənin səhvləridir ki, bu gün ruhu rahat buraxmır Günəşin acığıdır bəlkə ömürə hökm edən quraqlıq Qərəzsiz yalançıların inamlarına məhkum olmuşam Bədənimi satdı özgə ruha sonda doğma uşaqlıq Bu böyük kölgələrin sahibləri eşitmir bizi Bu sökük göydələnlərin tanrısı boğdu səsimizi Aldı ümidlərimizi atdı uçurumdan aşağı Sonda yorğun bir səs dedi ki, dəlixanamıza xoş gəlmisiz Burada havalar bulanıqdır Çətindir nəfəs almaq Yollar dolanıqdır Tələs... Gecə qalma Sonda aydınlaşdı ki, bizi qovan yox idi Biz sadəcə unutmuşduq məqsədimizi qaça-qaça O qədər qapanmışdıq ki, başımızı qaldırıb baxanda Gördük ki, yerdə qalan yollar da haça-paça Yeniyetməlik, gənclik, indi ağ-qara şəkillər kimidir Təkcə biz bilirik hansı rəngdə idi hansı məqam Doğruları sevirdik, çalışırdıq hər şey həqiqət olsun İndi məcbur ən acıları ilə edirik yola davam Axtarışlar əsas qayəsiydi həyatımızın İndi axtarışındayıq, amma həyat anlayışının Düşün, təsəvvür et ki, içindəsən, amma Əmrinə tabesənəvvəl idarə etdiyin maşının Bəyənmədiyin sistemin hissəsi olmaq sistemin oyunudur Yoxsa şəxsi seçimdir görəsən bunu bilir kim? Beş addım sonra nə olacağın düşünəndə üzümə qonur təbəssüm Mən vəziri piyadaya görə qurban verən vunderkind Burada havalar bulanıqdır Çətindir nəfəs almaq Yollar dolanıqdır Tələs... Gecə qalma
Sanatçı: Badclause
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:27
Toplam: kayıtlı şarkı sözü
Badclause hakkında bilgi girilmemiş.

Fotoğrafı