badclause od (feat. alim qasımov) şarkı sözleri

Hisslər tanrıdır xaliq olan mənəm, ən gözəl dərdə layiq olan mənəm Müharibəsiz tək qalib olan mənəm, ən gözəl həyata ani qonaq gələn Ölümdən betər aldığım hər nəfəs, agah edir məni dönüm bəlkə də Bir neçə söz ilə könül fəth edən, yalançının bitir ömrü qəflətən Sönür pərdələr yandırır ocağımı, günəşin naləsi şəfəq vaxtında Unudasan hərkəsi gərək vaxtında... fələk çarxında Dövr edən aləmin əlacı yoxdur ki hakim ola nəfsə cənnət bağında Hər yan dağ onda bir ağac budağından qopdu meyvə yarandı od onda Qanadı qolundan ayrı düşən bir kəs var idi qaçan insan donunda Gözdən itdi qürub edəndə günəş və yer-göy peşman oldu bir əməldən Nur camalından vəhşilik axırdı çirkab ruhuna övlad-i adəm Havaya qarışan su damcısı oda həsrət, bədən isə torpaqdan ibarət Milyon ilə xas düşüncələrə məhkum ağlımı bir neçə fikir qarışdırır Doğru cavabı tapmaq yerinə, sualı düzgün verə bilməkdir çalışdığım İyirmi bir il öncə cismim gəlibsə, ruhum hardaydı indiyə kimi? Kim olduğumu kimsələrdən soruşmaq istədim özgə cildinə girib Sağ qalanlardan adımı soruşdum, dedilər ölülər daha yaxşı bilər Ölülərə soranda cavab gəldi ki, sağ qalanlar elə sən kimilərdilər Minlərlə insan, onlarla dini inancın arasından bir dahi Onun ölümü hər kitabda yazılır, amma öldürənin ömrü şifahi "Qiyabi olan əfsanələr idi" Seyrinə çıxdığım ellərin eybini qeyd edəndə gileyini nə bileydim? Leyl ilə geydirdiyi meyidi qeyb edən insanın gərək ürəyini görəydim yenə deyinəydim, gərək ürək-dirək verib öyünəydim ki mən həyatın o yolunu keçmişəm çoxdan ona görə yerə vurma kürəyini Məni bir də can verəndə görəydin ürəyim köləydi körpətək əllərində Mən can tapardım ömrün qəfəsində və çırpınardım hər dəfəsində Hər nəfəsimdə sənə and verən kəsəm otağında dolanan ən qəliz səsəm Səni çox sevəcəm söz verirəm əgər sirrimizi tanrı bilməsə
Sanatçı: Badclause
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:14
Toplam: kayıtlı şarkı sözü
Badclause hakkında bilgi girilmemiş.

Fotoğrafı