badclause su (feat. sura i̇skəndərli) şarkı sözleri

Mәn sәni bağışlasam da әllәrim küsüb sәndәn Ayaqlarım sәnә gәlәr amma sevmәyә üzüm gәlmәz Bu qәlәm sәni yazır elә şeirә sәtir düzür qәmdәn Xətrin necə xoş olur özgәsiylә gülümsәrkәn? İtirdiyim dәyәrlәrin ahı tutub mәni Birinci "sevirәm" dedin, ondan sonra "unut mәni" İslandı göz qapaqlarım görәndә bu cümlәni Xoş günümüzә ümid sevgi, ertәsindәn qürur gәlir Xeyrinә ağız aça bilmirәm gәlir şәr öhdәsindәn Getmə sözünü deməkdən, bezmişəm öz səsimdən Mәn sənə dustaq olan yazar, sәnsə qәlәmә dörd divar Biz hәqiqi yalançılarığ, xəyanət ölkәsindә Sonuncu әlvidanın üstündәn bir ömür keçib Unutmusan hәr cümlәni, gözündә yaş qalmır indi Yoxluğun axirәtdi, önümdә tәk intihar seçim Bir vaxt mәnlә nәfәs alan mәni yada salmır indi Köhnә şәkillәrdә üzümә gülәn hüsnünә hәsrәt qalan Baxışlarımla süzürәm indi hәr addımını Ötәn şeirlәrimin ünvanında könül sәni istәr Yanan kağızlarımda külә boğaraq silmişәm adını Ürәyin gözәl dedin, mәni bir dә sәnsiz görәydin Xatirәn unudulmur ağlamağla keçmir nәsә Gedişinә sәbәb nәydi, süfrәmә duz-çörәkdin İndi, hansı yola yolçusan, hansı әtrin eşqindәsәn? Gün eyni gündü amma ki kölgəm indi sənsiz qalıb Doğru cümlələrlə izah elədim səhv insanı Qürurum ayağın altda, sökülüb daha səbrin danı Saxta gülüşlər tanışdı, yad gəlir amma mənim imdadım İncə qanadlarını çırpıb uç get uzaqlara Bəlkə yenə də qucaqlaram, heyif yoxdu qolda taqətim Biri qalıb ağlında sənin, amma qoynunda yad ətir Sənə qaçan ayaqlarım indi dəyişir istiqamətin Ayrılıq nəyə işarədi? Nə vaxtsa dönəcəyinəmi? Başqa birini sevəcəyiməmi, yoxsa sənsiz öləcəyiməmi? Göz yaşlarım ələ cəmlənir, özümdə batmışam mən Keçmişində qalmışam mən, unutmuşam gələcək nədi O daha mı çox sevir səni, denən axı nəyi xoş məndən? Sənə görə dua edə bilmirəm axı mən sərxoş bəndə Sevmədiyin əllər səni yazır elə çıxıb gedəndən Nə vaxtsa geri dönsən sevgimi gətir əli boş gəlmə
Sanatçı: Badclause
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 2:56
Toplam: kayıtlı şarkı sözü
Badclause hakkında bilgi girilmemiş.

Fotoğrafı