Ebish şarkı sözleri

Hər səhər həsrətinlə açılar üzümə sabah Çıxıb getmək bəzən savab, bəzən isə günah Gülərmi həyat ? Gülərmi sənsizkən üzümə Yazığım gəlir bəzən sənə və bəzən isə özümə Söndürdüm mən günəşimi axıtdığım göz yaşımla Barışdım artıq qalibəm sandığım çətin savaşımla Kimi xoşbəxt gələr həyata, kimi isə hüznlü Unutma sənində canın var, və bu həyatda ölümlü Bir söz var idi eşidərkən xoşbəxt olduğum Bir kədərdə var, hər an göz yaşına dolduğum Son anların gələr və keçər ağlından günahların Peşman olarsan, olmaz amma sabahların Yanar ürək, qurudarmı axıtdığın göz yaşlarını Yuxularında alar səndən, qırdığın qəlb haqqını Unutma yaxşı bil doğrunu-yalnışı Yaxşı bil duanı-qarğışı... Nə gözlərim gülər, nədəki ürək döyünər, Sənsizlik içimdə ki, yalnızlığı böyüdər, Və bəzən, dil susar yalnız gözlər danışar, Bəzən dağ ilə dağda qovuşar, Mən bir yay sən isə son bahar, Gəlişinlə bütün güllər solar, Dolar gözlərim, sözlərim yetərsiz qalar İnanıram bəlkədə yerimi bir başqası alar Mənə kəfən, sənə getmək yaraşmadı heç Ürəyim belə yanıb-alışmadı heç Bu bəyaz sətirləri qaraladım mən dərdlərimlə İtirdim səni, bəlkədə öz əllərimlə Ürək ağlayar, mənasızdı dodaqların gülməyi Gözlərimdə ölürsən, çox pis bu gözəlliyin ölməyi

Sanatçının Fotoğrafı

Ebish