islamzadeh beatz biz kimik?! (a tribute to aliagha vahid) (feat. kəllə-kəlləyə) şarkı sözleri
Söz tapa öz yerini, siz tanrı
Elə küfənkü edərlər ki, səni
Tapa bilməz yüz ilə yüz tanrı
Xaliqin zərrəsidir növi-bəşər
Zərrənin qismətinə zərbə düşər
Zərrələr get-gedə lap zərrələşər
Kim kiçilməzsə, o, haqqın səsidir
Biz kimik?! Məclis onun məclisidir
Varsa qeyrət, hərəmiz bir kəs olaq
Yoxsa, barı, lal olaq, dinməz olaq
Atılan toplara diksinməz olaq
Bu səda Sabirin ölməz səsidir.
Biz kimik?! Məclis onun məclisidir
Yatmasaydıq nə də bəxt yatmaz idi
Dözməsəydik, bizi dərd udmaz idi
Bəlkə yad zərbəsi heç tutmaz idi
Babəkin şövqü bizi ləngisidir
Biz kimik?! Məclis onun məclisidir
Dünənim zalıma tab, zülmə cavab
Əl tutan, əl yetirən cümlə savab
Bugünündən danış ey xanəxərab
Bir eli yıxmağa bir əl bəs edir
Biz kimik?! Məclis onun məclisidir
Madmazellər ki, bizi məst elədi
Şərimiz xeyrimizi üstələdi
Sol gözüm sağ gözümə qəsd elədi
Sağ qolum sol qolumun baisidir
Biz kimik?! Məclis onun məclisidir
Hərə ev sahibinin bir kəsidir
Şadlıq olsun, kişinin məclisidir

