Islamzadeh Beatz

Biz Kimik?! (A Tribute To Aliagha Vahid) (feat. Kəllə-Kəlləyə)

islamzadeh beatz biz kimik?! (a tribute to aliagha vahid) (feat. kəllə-kəlləyə) şarkı sözleri

Söz tapa öz yerini, siz tanrı Elə küfənkü edərlər ki, səni Tapa bilməz yüz ilə yüz tanrı Xaliqin zərrəsidir növi-bəşər Zərrənin qismətinə zərbə düşər Zərrələr get-gedə lap zərrələşər Kim kiçilməzsə, o, haqqın səsidir Biz kimik?! Məclis onun məclisidir Varsa qeyrət, hərəmiz bir kəs olaq Yoxsa, barı, lal olaq, dinməz olaq Atılan toplara diksinməz olaq Bu səda Sabirin ölməz səsidir. Biz kimik?! Məclis onun məclisidir Yatmasaydıq nə də bəxt yatmaz idi Dözməsəydik, bizi dərd udmaz idi Bəlkə yad zərbəsi heç tutmaz idi Babəkin şövqü bizi ləngisidir Biz kimik?! Məclis onun məclisidir Dünənim zalıma tab, zülmə cavab Əl tutan, əl yetirən cümlə savab Bugünündən danış ey xanəxərab Bir eli yıxmağa bir əl bəs edir Biz kimik?! Məclis onun məclisidir Madmazellər ki, bizi məst elədi Şərimiz xeyrimizi üstələdi Sol gözüm sağ gözümə qəsd elədi Sağ qolum sol qolumun baisidir Biz kimik?! Məclis onun məclisidir Hərə ev sahibinin bir kəsidir Şadlıq olsun, kişinin məclisidir
Sanatçı: Islamzadeh Beatz
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 1:41
Toplam: kayıtlı şarkı sözü
Islamzadeh Beatz hakkında bilgi girilmemiş.

Fotoğrafı