qaraqan 2012 şarkı sözleri

Nə qələm olmur kömək, nə ağappaq vərəqlər... Bir ağırlıq varsa ürəkdə Küləklər aparsın külünü İstəyirsən yanasan Hərdən fikirləşirəm ki, yuxudayam... Bütün bu ağırlıq düşəcək çiyindən Nə vaxt ki, oyanacam Amma haçanacan davam edəcəyini bilmirəm Mən əhatə dairəsindən kanarda Sən isə Bermudumsan Ümidlər sonuncu ölür sən son ümidimsən! Amma yoxsan yanımda Varsan içimdə Hər addımımda gözümün önündə Nəsə səni xatırladır Zəng edirəm Ya uzun-uzun çağırır Ya da nömrən qapalıdır (biraz sonra zəng edin) İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı İçimiz daş bazarı, ya da ürək məzarı Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa Bu sonsuzluğun sonu bizi görən hara aparır?! İşlərimiz artır-artır, azalır sevginin vaxtı Ünsiyyət iki sözlük: “Necəsən?”, cavab: “Yaxşı” Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı İnkubator insanlarının olmur qardaşı İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı İndi kömək eləmir iynələr və sistemlər Məhv olunan sevgilərdir, insanların hirsindən İndi kömək eləmir magiyalar, ya da dinlər Dünyanı qurtarmaqçün bu qap-qara tilsimdən Sadə şeylər məntiq üçün fantastikdir Texnikalar üstələyir insan ağlın Kim yazır görəsən bu əsəri? Sonunu görmək maraqlı olardı, bu nağılın Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı İndi kömək eləmir bizə qanadlar Yerimiz uçurumların kənarı Guya qaça-qaça biz xəzandan Uzaq saldıq özümüzdən baharı
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:22
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı