qaraqan azad azərbaycan (feat. promete, aid and ayka) şarkı sözleri
Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda
Ölüb yaxınların, sən də şikəst tək ayaqla
Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda
Məktəb sinifləri, tüstü, bomba, güllə altında
Şimali Koreyada, həm də təksən
Həyatın qəfəslərdə, doğmalar torpaqda
Düşün ki, Afrikada, tanınmayan bir ölkədə
Ölümcül xəstəliklər, humanitar yardımlar
Ya da ki, İranda, məcburi qara çadra
Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla
Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda
Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla
Ya da ki, Gürcüstanda, yox nə suyun, nə qazın
Sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı
Ya da ki, doğulmusan sən kasıb Pakistanda
Düşmənin kiçik erməni yox, böyük Hindistandı
Dəyişir insanlar, dəyişir zaman
Amma hər an ürəyimdə Azərbaycan
Mənim kiçik ölkəm, mənim böyük ailəm
Mənim Vətənim, Azərbaycan
Doğulur günəşi torpağından
Güc alır budağı yarpağından
Yox gözəl üçrəngli bayrağından
Gözəlim, gözəlim, Azərbaycan
Təsəvvür elə ki, sən doğulmusan Fransada
Tələbələr yandırır sənin BMW’vi
Ya da ki, New Yorkda, göydələnin başında
11 Sentyabr, sənin pəncərənə təyyarə gəlir
Sən yaşaya bilərdin Fidel’lə Kubada
Amma ki, ölkədən çıxmaq orda qadağandı
İspaniyada öküzlər, Çikaqo qasırğalar
Yaponiya zəlzələ, Tibetdə yenə dumandı
Bəlkə sən istiyərdin yaşayasan Rusiyada
Ölkənin çox hissəsi sərxoş və narkomandı
Ya da Braziliyada, dağılmış bir ailədə
Bilmirsən uşağın kim, ya da ki, hansınnandı
Bu nə qərib zamandı, hər yer müharibələr
Böyüklər pul qazanır, qan ağlayır körpələr
Hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə
Amma ki, qorxmuram mən, hələ ki, öz ölkəmdə
Dəyişir insanlar, dəyişir zaman
Amma hər an ürəyimdə Azərbaycan
Mənim kiçik ölkəm, mənim böyük ailəm
Mənim Vətənim, Azərbaycan
Doğulur günəşi torpağından
Güc alır budağı yarpağından
Yox gözəl üçrəngli bayrağından
Gözəlim, gözəlim, Azərbaycan
İndi şükr elə ki, doğulmusan Azərbaycanda
Var evin, var çörəyin, var ailən, var köməyin
Təhsili bəyənmirsənsə, satışda kitablar var
Hər şey səndən asılıdır, axtarma günahkarlar
Dön geri, bax həyatına, gözlərin kor deyil axı
İnkişafdadı ölkəmiz, amma cəmiyyət hələ də taxta
Gəlin boş durmaqdansa, biz də dəstək olaq
Axı biz vətəndaşlarıq, gəlin ölkəmizi quraq
Hərədən bir kərpic, hərəyə bir ağac əkək
Uşaqlar evinə yardım, ildə bir qan verək
Düzdü var toz-torpaq, Bakı küləkli şəhər
Amma hərə öz həyətini təmizlə hər yer təmizlənər
Qayıdar Qarabağ da, bəlkə çatdırsaq dünyaya
Məktublar forumlarda, xarici saytlarda
Bura mənim vətənim, mənə ən doğma məkan
Mənim azadlığım, bizim Azad Azərbaycan
Dəyişir insanlar, dəyişir zaman
Amma hər an ürəyimdə Azərbaycan
Mənim kiçik ölkəm, mənim böyük ailəm
Mənim Vətənim, Azərbaycan
Doğulur günəşi torpağından
Güc alır budağı yarpağından
Yox gözəl üçrəngli bayrağından
Gözəlim, gözəlim, Azərbaycan