Qaraqan

Azad Azərbaycan (feat. PRoMete, AiD and Ayka)

qaraqan azad azərbaycan (feat. promete, aid and ayka) şarkı sözleri

Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda Ölüb yaxınların, sən də şikəst tək ayaqla Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda Məktəb sinifləri, tüstü, bomba, güllə altında Şimali Koreyada, həm də təksən Həyatın qəfəslərdə, doğmalar torpaqda Düşün ki, Afrikada, tanınmayan bir ölkədə Ölümcül xəstəliklər, humanitar yardımlar Ya da ki, İranda, məcburi qara çadra Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla Ya da ki, Gürcüstanda, yox nə suyun, nə qazın Sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı Ya da ki, doğulmusan sən kasıb Pakistanda Düşmənin kiçik erməni yox, böyük Hindistandı Dəyişir insanlar, dəyişir zaman Amma hər an ürəyimdə Azərbaycan Mənim kiçik ölkəm, mənim böyük ailəm Mənim Vətənim, Azərbaycan Doğulur günəşi torpağından Güc alır budağı yarpağından Yox gözəl üçrəngli bayrağından Gözəlim, gözəlim, Azərbaycan Təsəvvür elə ki, sən doğulmusan Fransada Tələbələr yandırır sənin BMW’vi Ya da ki, New Yorkda, göydələnin başında 11 Sentyabr, sənin pəncərənə təyyarə gəlir Sən yaşaya bilərdin Fidel’lə Kubada Amma ki, ölkədən çıxmaq orda qadağandı İspaniyada öküzlər, Çikaqo qasırğalar Yaponiya zəlzələ, Tibetdə yenə dumandı Bəlkə sən istiyərdin yaşayasan Rusiyada Ölkənin çox hissəsi sərxoş və narkomandı Ya da Braziliyada, dağılmış bir ailədə Bilmirsən uşağın kim, ya da ki, hansınnandı Bu nə qərib zamandı, hər yer müharibələr Böyüklər pul qazanır, qan ağlayır körpələr Hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə Amma ki, qorxmuram mən, hələ ki, öz ölkəmdə Dəyişir insanlar, dəyişir zaman Amma hər an ürəyimdə Azərbaycan Mənim kiçik ölkəm, mənim böyük ailəm Mənim Vətənim, Azərbaycan Doğulur günəşi torpağından Güc alır budağı yarpağından Yox gözəl üçrəngli bayrağından Gözəlim, gözəlim, Azərbaycan İndi şükr elə ki, doğulmusan Azərbaycanda Var evin, var çörəyin, var ailən, var köməyin Təhsili bəyənmirsənsə, satışda kitablar var Hər şey səndən asılıdır, axtarma günahkarlar Dön geri, bax həyatına, gözlərin kor deyil axı İnkişafdadı ölkəmiz, amma cəmiyyət hələ də taxta Gəlin boş durmaqdansa, biz də dəstək olaq Axı biz vətəndaşlarıq, gəlin ölkəmizi quraq Hərədən bir kərpic, hərəyə bir ağac əkək Uşaqlar evinə yardım, ildə bir qan verək Düzdü var toz-torpaq, Bakı küləkli şəhər Amma hərə öz həyətini təmizlə hər yer təmizlənər Qayıdar Qarabağ da, bəlkə çatdırsaq dünyaya Məktublar forumlarda, xarici saytlarda Bura mənim vətənim, mənə ən doğma məkan Mənim azadlığım, bizim Azad Azərbaycan Dəyişir insanlar, dəyişir zaman Amma hər an ürəyimdə Azərbaycan Mənim kiçik ölkəm, mənim böyük ailəm Mənim Vətənim, Azərbaycan Doğulur günəşi torpağından Güc alır budağı yarpağından Yox gözəl üçrəngli bayrağından Gözəlim, gözəlim, Azərbaycan
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 4:16
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı