qaraqan bir şarkı sözleri

Hərdən məndən soruşurlar ki, dünyanı xilas etmək üçün sənə neçə nəfər lazımdır? Mən onda cavab verirəm Bir Gör necə gözəldir dünya Amma siz onu etmisiz eybəcər Göy üzü, ulduzlar Günəş batsa da yerinə Ay çıxır gecələr Əl-ələ verin, dostlar Axı güc var hələ hər kəsi dəyişməyə Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər Bəzən bir gülüş bəsdir ki, ağbirçək anan sevincdən ağlasın Bəzən bir öpüş bəsdir ki, sürücü sevgiyə görə qatarı saxlasın Bir cibdəki quru qəpik bir dilənçinin xoşbəxtliyi ola bilər Bir salam və iki xoş söz, qaş-qabaqlı qonşu dost ola bilər Bir baxışla ömürlük sevərsən, bir məktubla sevgini qazanarsan Bir yalanla hər şeyi itirərsən, bir çiçəklə yenə geri qayıdarsan Bir küləklə yaşayar min gəmi, bir günəşlə yetişər min meyvə Min qeybət birləşsə belə qalib gələ bilməz bir sevgiyə Gör necə gözəldir dünya Amma siz onu etmisiz eybəcər Göy üzü, ulduzlar Günəş batsa da yerinə Ay çıxır gecələr Əl-ələ verin, dostlar Axı güc var hələ hər kəsi dəyişməyə Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər Bir dərmana möhtac xəstə, amma bu gün onu almağa yox pulu Bir kitabla alimə çevirmək olar adi bir fəhlənin oğlunu Bir böhtan bir təmiz qızı bir günün içində çevirər pozğuna Bir damla göz yaşıyla bir qız bir oğlanı çevirəcək məcnuna Bir sığalla yetimlər daha özlərini hiss etməz tək-tənha Bir zarafat, iki soyumuş dost yenidən olacaq qardaş, doğma Bir gülüşlə yoldan keçənlər bütün küçələri çevirər cənnətə Gəlin sevgimizi paylaşaq Qapı-qapı, şəhər-şəhər, bu doğma ölkəyə Gör necə gözəldir dünya Amma siz onu etmisiz eybəcər Göy üzü, ulduzlar Günəş batsa da yerinə Ay çıxır gecələr Əl-ələ verin, dostlar Axı güc var hələ hər kəsi dəyişməyə Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər Mənə bəs edəcək bir qələm ki tənhalığımda sevgilim olsun Mənə bəs edəcək şəhzadə baxışları ki bu tilsimi qırsın Mənə bəs edəcək bir kərpic dağılmış sarayı yenidən qurmağa Mənə bəs edəcək bir kömək əli dar günümdən ayaq üstünə durmağa Mənə bəs edəcək bir dinləyicim, bilsəm ki ona kömək olmuşam Mənə bəs edəcək bir qələm və bir qələmlə neçə düşmən vurmuşam Səni ruhdan salmasın dərdlər, bil onlar sadəcə bir ömürlük Bir xoşbəxt an sürəcək əbədi, yüz illik, dərd bir günlük Gör necə gözəldir dünya Amma siz onu etmisiz eybəcər Göy üzü, ulduzlar Günəş batsa da yerinə Ay çıxır gecələr Əl-ələ verin, dostlar Axı güc var hələ hər kəsi dəyişməyə Hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:22
Toplam: 36 kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı