qaraqan bənövşə şarkı sözleri

Hanı qaval daşı? Gətirmədim Bəs bu qədər vaxtı harda idin? Sən alovda yanacaqsan Mən daşı yox, onun sirrini gətirmişəm Neçə addım, neçə şəhər Neçə min kilometr uzaqlaşdım evimdən Yoruldum qırağında yolun oturdum Neçə sevinc, neçə kədər Neçə sirr dolu günlər yazıldı izimdən Hamısı duzumdu, suyumdu, unumdu — yoğruldum Məni mən elədi Ömür boyu gedirəm özümə doğru Edirəm nəyi bilirəm doğru Mən 100% bilirəm nədir doğru Mən 100% bilirəm nədir doğru Mən 100% bilirəm! Bax, üç dəfə dedim, bilirəm nədir doğru Jeez, deməli mən 100% bilirəm Bilikdən artıq inam olmalıdı Yəni, şüurdan artıq idrak olmalıdı Yəni, hadisələrdən artıq məna olmalıdı Biz mənaçıyıq Bənövşə, bəndə düşə Bizdən sizə kim düşə? Bizdən sizə kim düşə? Bənövşə, bəndə düşə Adı gözəl, özü gözəl Sazı gözəl, sözü gözəl Dünya gül açıb əlimdə Şaxələndi, bax yetişdi bənövşə Bizdən sizə kim düşə? Məndən sizə nə gərək? İki düz, bir kələk: Sizə tapmaca deyim, mənə sükutun öyrətdiyi Deyin görüm o zirvə nə zirvə ki Ən uca nöqtəsi qalxılır enərək? Bunlar pünhani, dilim sirrimin zindani Sizi cismani tərk etdim həzərat Ki süzülsün gövhəri-nihani Köksünə vursun atəş ölmüş şairin ehsani Yeddi ildir torpaq idi ismim Üfürdü Yaradan doğuldu Ruhani... Ruhanilik alimlikdən çox artıq məsələdi Hamı alim ola bilər Amma ruhani mahiyyətə çatmaq üçün Gərək qeyri-adi Çılğın ruhun olsun Bənövşə, bəndə düşə Bizdən sizə kim düşə? Bizdən sizə kim düşə? Bənövşə, bəndə düşə Adı gözəl, özü gözəl Sazı gözəl, sözü gözəl Bənövşə, bəndə düşə Bizdən sizə kim düşə? Bizdən sizə kim düşə? Bənövşə, bəndə düşə Adı gözəl, özü gözəl Sazı gözəl, sözü gözəl Bənövşə, bəndə düşə Bizdən sizə kim düşə? Bizdən sizə kim düşə? Bənövşə, bəndə düşə Adı gözəl, özü gözəl Sazı gözəl, sözü gözəl Əgər başmaqçı kamil sənətkar olmasa Dövlət bundan o qədər də zərərdidə olmaz Camaat pis ayaqqabı geyər, vəssəlam Amma uşaqların müəllimləri Öz borclarını ləyaqətlə ödəməsələr Məmləkətdə cahil və yaramaz adamlardan ibarət Bütöv bir nəsil peyda olar
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:44
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı