qaraqan bəyaz duman şarkı sözleri

Gözüm açılandan bəri gopun dadı Deyil uyğun tamıma, tamaşa hamı oyundadı Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu Qoyuna soyuqdu günah qoyundadı Sənin qızıl zəncirlərin boynundadı Faizsizdi sənə zindanın gecəsi Qulun adı nədi, yüklə belinə arzusun Ata torundadı hörümçəyin, oğul maldı çünki dilindədi otun dadı Eyni durumdadı yeni nəsil Mənə deyirlər ki, burnunun ucundan o tərəfi görmür Ağlı burnundadı, yarısının ağlı dalındadı Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan Nə qədər ki, gözün bağlı səni dartacaqlar Hara istəsələr gedəcəksən, pulu qurumların Quru qorxuların, qolundakı sarğıların Saxta qorxduqların müqəvvadı — içləri dolu saman Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər Sakinləri yarı mələk, yarı cinlər Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr Bəyaz duman çökər, şəhər gözdən itər Bəyaz duman yayıldıqca şəhər quyudadı Yeni nəsil ölür yavaş sanki balıq qurudadı Kimdi gözün yuman hansı qutularda gəlir Gecələr kim növbə çəkən sərhəddə, nə onun adı? Mənə söylə gənclər istər ola avam Kimin, hansı Geohörümçəyin planındadı, torundadı? Mikrafonundadı böyük qardaşın qayıdıb Göstər kim xətrinə dəyib, hansı məhəllənin qoduqları Bilmirəm nə onun dadı, mənə şeiri yazdıran Deyil tüstü, yazdıran alovdu, alov ruhumdadı Alov ruhundadı sənin də, bizim eyni ruhumuz Səni aldadıblar deyiblər ki, yoxdu adın Sən heç kəssən, lazım deyilsən heç kəsə Çək içinə tozu, təkcə xoşbəxtliyin iynə sonundadı Xarici ya daxili düşməndi, bilmirəm Amma gözə görünməz müharibənin dəsti-xəttindədi, tonundadı Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər Sakinləri yarı mələk, yarı cinlər Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr Bəyaz duman çökər, şəhər gözdən itər Qorxma yapış əlimdən Səni çıxarım içindən, cəhənnəmin tam dibindən Səni qurtarım dərddən Qorxma yapış əlimdən Səni çıxarım içindən cəhənnəmin tam dibindən Sən tək deyilsən, biz dəstə Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər Sakinləri yarı mələk, yarı cinlər Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr Bəyaz duman çökər, şəhər gözdən itər
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:19
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı