qaraqan cinayət və cəza şarkı sözleri

Axı ona deməmişdilər ki, bu gün evdə başqa adamlar olacaq Həmişəki kimi səliqəsiz, otaq tör-töküntü Beynində ölçüb biçir, dünənndən çəkir, içir İndi o oxşayırdı özünü güldürmək istəyən klouna Otaqda bir, iki, üç tanımadığı adam dört, beş! Saatın qırağına dikilib, baxış bəlkə tapılıb leş? Beləcə fikirlər sinirlərini gəmirdikcə Qonaqlar çay süzürdü bacısı stəkan gətirdikcə Pəncərədən çöldə rəqs edir yanvar küləyi Zərif sükutu pozdu azca səssiz öskürəyi Otaqdan çıxa bilmir stress, şüphə, oyun, yalan, bic baxışlar, krizis Necə tapdılar? Plintus içəridə tərpənir atasının addımlarından Tarixin rekviemı. Skripkada çalır iblis, gəlin onu dinliyək Ekranda Orxan Fikrətoğlu, babası divan, sakitcə Bu evdə baş verənlər çoxdan deyil o kaftarın vecinə! Bəlkə də xasiyyətdə atasından çox o ona çəkir Kiçik qardaşı bütün otaqdakıları telefona çəkir Hər şey ssenariyə uyğun, maskaları tərpənmir Deyəsən hələ heç kəs heç nədən şüphələnmir Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş... Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş... Bacısı bir ildi gözlüyür gizlincə bu axşamı Axır ki, gəldi elçiləri sevgilisi Kamranın Qızcığaz qanadlarınr, iyirmi bir yaşlı mələk Əlləri əsir, utancaq, necə döyünür ürək Anası baxır qadınların taxdığı qızıllara Atası sorğu sual. Necə oğlandı? Nə işdiyir? Harda? Qonaqlar gülərüz atası razılıq verəndə birdən Qardaş qalxır, donur, sükut, qorxu, qorxu! Onların xəbəri yoxdu dünənki hadisədən Bütün kadrlar beynində qarışıq hafizədən Yarı içkili, yarı ayıq, yuxu, pozulmuş əsəblər Yadında bıçaq! Bıçaq! Qan tökülür cırılmış böyrəkdən! Bacısını evə ötürən o oğlanın yazıq baxışları İndi onun meyidi yaxınlıqdakı kanalizasiyadadı Xəbərsiz valideyinlər, ölmüş oğlun elçiləri Axı o nə biləydi ki, bacısı belə xoşbəxtdi... Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş Zaman donub. Onun gözləri gizlədir, içindədi sirləri, sirləri sil Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş silməmiş...
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:05
Toplam: 36 kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı