qaraqan həqiqət axtarışları (feat. aid and promete) şarkı sözleri
Kiçik daxmalarda həyatını bitirən insanlar
O dahilər doğulmamış basdırıldırar
Zamanın ağırlığı çatladırdı dirəkləri
Süpürüb tarixdən parçalanmış ürəkləri
Kiçik daxmalarda həyatını bitirən insanlar
O dahilər doğulmamış basdırıldırar
Zamanın ağırlığı çatladırdı dirəkləri
Süpürüb tarixdən parçalanmış ürəkləri
Binalar,arkalar,kvartallar,prospektlər
Şəhərin yaddaşında möhürlənmiş portretlər
Dəyişir fəsillər, təkrarlanan kvartretlər
Maketləşdirilmiş ssenarilər,parketlər bağırırdı
Addımların altından
Hansı mənzillərə aparır bizi bu addımlar
Eybəcər ördəklər durnalara çevrilərkən
Həyatın qanunları yazılırdı güclülərnən
Dur zaman yaddaşımda cavan qalım
Yox külək , gözyaşlarım küləydəndi
Gəl Allah, hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım
Dur zaman yaddaşımda cavan qalım
Yox külək, ağlamıram küləkdəndi
Gəl Allah, hardasan mən tək qaldım
Get Allah, sən gecikdin şeytan gəldi
Talehin kaprizləri, talehin artisləri
Sevginin tezisləri, payızın krizisləri
Və terminlərə çevrilmiş həyatım məqamları
İncilin odunuyla yandırırdı Quranları
Allahı axtarırdıq quyularda, qayalarda
Səhifələr qorxudurdu gizlənirdik yaralardan
Ama bu sağatmırdı. Diaqnoz tənhalıq
Biz bəzən milyonların arasında tək qalırdıq
Sakit ol danışma! Danşma! Onlar başa düşməz səni!
Bizim öz fikrilərimiz onların öz prinsipləri
Biz tozlu otaqlarda kəşf edirdik dünyaları
Hər şeyi tapmışdıq, tapmamışdıq insanları!
Biz Tənha adalar tək çəkilib dənizlərə
Satmadıq qəlbimizi xəyanətə, kənizlərə
Zamanın iynələri sualları toxuduqca
Sən heç nə bilmədiyini anlıyırsan oxuduqca
Dur zaman yaddaşımda cavan qalım
Yox küləy , gözyaşlarım küləkdəndi
Gəl Allah, hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım
Dur zaman yaddaşımda cavan qalım
Yox küləy , ağlamıram küləydəndi
Gəl Allah, hardasan mən tək qaldım
Get Allah, sən gecikdin şeytan gəldi
Dur zaman qanımı iç bitirim həyatı bu nöqtədə
Vücudum arzu tutdu, axdı ulduz son dəyqədə
Dizləri yığmırdım mən həyat önümdə baş əydikcə
Sıxılır tənha ürək kapilyarlar hörüldükcə
Dirildiycə qürur sevgi baxcasında ağac əkdi
Qocalmış rahiblər rahibələri sınağa çəkdi
Gözünü zamana dikti yazılar adımı ləkələdikcə
Həqiqət axtarışı da paslanırdı gün ötdükcə
Hayat verir əzab edir tələb bir az səbirli ol!
Ürəy veridi qələm veridi. Təb mənim arzum sehirli yol
Günəşin qarşısında qan ağlıyır merkuri
Cəhənnəmin nümünəsi gözündəki o zəhərli son
Göz qamaşdırıcıdı peyda olunan hər bir evrika
Kabus uşaq oyunudu ilk baxışda yoxdu mistika
Yalan var Bizi azdıran əməllər var
Şeytanın repertuarında görəsən daha nələr var
Dur zaman yaddaşımda cavan qalım
Yox külək , gözyaşlarım küləydəndi
Gəl Allah, hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım
Dur zaman, yaddaşımda cavan qalım
Yox külək , gözyaşlarım küləydəndi
Gəl Allah, hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım