qaraqan heç nə şarkı sözleri

Heç nə, toyuna getdiklərimin yarısı boşanıb, Heç nə, bir neçə nəfər də iynəyə qurşanıb, heç nə İtirib ağlını iki il, dünya çevrildi maskarada, Bir həftədən artıq taxmadım əskini üzümə heç mən Heç nə, qalan hər şey olduğu kimi: Kimi yatmış kimi, çıxmış kimi, ölmüş kimi diri Soyuluruq Nəsimi kimi diri Ürəyimizdəki qəlpələr, bıçaq yaraları və taranlar Kədərlənirdik dörd dost qalanda İndi sevinirik olanda biri Heç nə, dünən məhəllədə Kubinkada, Bu gün mənim məhəlləmdə kubinkalar Miami, Brooklyn, NY, LA olub bizə — Yasamal, Gənclik, Keşlə bazarı Alarıq bütün cash-lə bazarı Amma ala bilməz, silə bilməz yaralı ürəyimizdən heç nə azarı Heç nə qalmadı o təmiz gözlərdən Oldumu ruhuna sözlər dən? Topladım həqiqəti közlərdən "Keçmə" dedi məninə, saymarıq "bizlərdən" Azmamaq üçün yola çörək atdıq Kar kəslər onları yedi artıq Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən? Qovrulan ağrı, hüzün, yara, qəm Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman Mən İnsan Mən İnsan Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən? Qovrulan ağrı, hüzün, yara, qəm Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman Mən İnsan Mən İnsan Heç kəs anlamadı məni, olmadı bu mənə dərs Elə bağırıram bildiyim həqiqəti Mənə ver səs! Tez kəs kəndiri, tulla divlərə məni içimdə İfritlərə, cinlərə Haqdan qorxanı qorxuda bilməz Heç nə: yaşıl yamacı zirvəyə dəyişəcəksən Heç nə: ora buz və tənhalıq, üzləşəcəksən Gec-tez azıb kor yapalaqlar padşahlığında Çevriləcək özünə Gözünün içinə baxacaqsan, deyəcəksən Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən? Qovrulan ağrı, hüzün, yara, qəm Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman Mən İnsan Mən İnsan Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən? Qovrulan ağrı, hüzün, yara, qəm Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman Mən İnsan Mən İnsan
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:28
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı