qaraqan kukla teatrı şarkı sözleri

Deyirlər, neyronların əlaqəsindən yaranır fikir Kimyəvi məhlul və kiçik qığılcım… Elektrik! Deyirlər, vəhylər, qarabasma və göz qaraltısı Hallüsinasiya və bütün peyğəmbərlər olub epilepsik Deyirlər sevgi - endorfin, serotonin, melonin Fahişələrin səksən faizinin adı - Melani Deyirlər, müqəddəs heç nə qalmayıb, Aman İlahi! Aman - “Amun Ra”. İlahi ivrit dilindən “Eloxim” Bu tarixi kim yaradıb, Herodot? Deyirlər, kor idi Bethoven “Ay Sonatası”nı yazanda artıq kar idi Xristianlar səhv deyir, “Oğul” - Allahın oğlu olmur! Əl çəkin, rahat buraxın məni, bilmirəm bəlkə var idi! İstənilən zövqə və dada uyğun həqiqətlər Müxtəlif irqlər, qitələr və fərqli cənnətlər Çayxanalarda geopolitik söhbətlər Qulağımda qulaqcıq - “RG - Gəncədən Hörmətlə” Bilmirik artıq harada şimal, harada cənub, əsası harada qiblə? Sizcə həqiqət yuxarıda? Biz axtarırıq dibdə Oşo ölüm ayağında pıçıldadı "Mən "fake"-əm..." Gündüzlərimiz fəlsəfi, gecələrimiz uyğun "Freyd"ə Çox ciddi şeylər haqda Demokratiya yaranmışdı qloballaşmaq üçün, bro İnternet açıldı ki, daha yaxşı işləsin Interpol Azad bazar, mavi planet, böyük bir supermarket! 10 milyon - deputatlıq, 15 - buraxsın "İnter" qol İndi nə olursa, əmin olun, yazılıb dünəndən Bizim qədrimiz bilinmir, bilinməyəcək öləndə İnanın bir az da pul gətirsə dilənmək Dilənmə aparatları qoyulacaq necə "parking control" Amerikan bayraqlarının hamısı "Made in China" O qədər oxuduq ki, bizim üçün popsadı "Mein Kampf" Faşist hərbi geyimlərini də tikirdi "Hugo Boss" Deyir millət orda "I’m so happy" - elə biz də "fine"-ıq Sistemin qanunları bizim dəlixanada keçmir! Həqiqət acıdır, amma burada heç kəs yalan içmir Və kukla teatrında pərdə arxasını görmüş uşaqlar Oyuncaqların dediyinə inanmayacaq heç vaxt...
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:00
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı