qaraqan sadə adamlar şarkı sözleri

Hər gün işə gedəndə keçirəm eyni küçədən Səhər-səhər, günəş çıxmamış, sübh tezdən Qulağımda musiqi, fikirlər uçur beyindən Küçədə süpürgəçi - neçə ildir elə eyni adam... Nə salamlaşarıq, nə danışarıq, elə addımlarıq Elə bil fərqli dəmir yollarında qatarlarıq Onun üzündə' sarğı toza qarşı deyil, inanmayın O qorxur tanıyan olar, gördüyü işindən utanır Daha sonra metroda uniforma geymiş qadın Tanış sərnişinlər üst-üstə düşür iş vaxtımız Metroda gurultudan mahnıları dinləmək olmur Ona görə maksimum artırıram səsini telefonun Sosial şəbəkələrdə uzaq tanışlar, dostlar Neçə dəfə "like" basmaq istəyib çıxmışam postdan Hər gün ərzaq aldığım dükandakı cavan xanım Yoldakı polis və digər tanımadığım Sadə adamlar - çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onlar - həyatımın vacib bir parçası Çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onlar - həyatımın vacib bir parçası Bu səhər yuxudan oyandı içimdə yeni bir insan Süpürgəçinin adı - Kazım dayı, "Dayı, yorulmayasan! Neçə il sənin zəhmətindir, bax, bu təmiz yollar Dolardı çirk və tozla əziyyət çəkməsəydi qollar" "Təbrik edirəm, xanım! Bayramınız mübarək! Gülümsəyin, bu gün Beynəlxalq Metropoliten İşçiləri Günüdür!" "Sabahınız xeyir, dostlar! Tanış deyilik, amma hər səhər bir vaqonda gedirik, məncə "salam" üçün bəs edər" Sosial şəbəkələrdə qarşılıqlı "like"-lardan Mən keçirəm həqiqətən bəyəndiyim xəbərlərə Xoşuma gəldi bəyənirəm, kim paylaşıb baxmıram Deyiləm paxıl alverçi "like"-ı "like"-a satmıram "Salam, yoldaş polis! Bu gün başınız ağrımasın" Budur, gözəl xanım işləyən ərzaq mağazası "Sizin gözləriniz o qədər gözəldir ki, hər dəfə mən ərzaq seçəndə mütləq nəsə bir səhv edirəm... Sözlərimdən utanmayın, xanım, bu deyil yalan Sadəcə bir fikirdir, bir sözdür ürəkdən gələn" Beləcə keçir növbəti gün hörmətlə, sevgiylə Görəsən, Bakını dəyişə bilərikmi biz birlikdə? Sadə adamlar - çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onlar - həyatımın vacib bir parçası Çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onlar - həyatımın vacib bir parçası Növbəti gün küçədə yoxdur artıq Kazım dayı Yerinə başqa qadın, "Kazım dayı hardadı, xanım? Görəsən, xəstələnib?" "Yox, dünən xahiş elədi Müdriyyətdən ki, onun dəyişsinlər təmizlədiyi küçəni" Metrodakı xanım üzünü çevirdi mən gələndə Və vaqon yoldaşlarım keçiblər o biri vaqona Sosial şəbəkələrdə də dəyişməyib heç nə Polisə yaxınlaşırdım, qışqırdı: "Get öz atanla oyna!" Görəsən, nə olub insanlara? Mən neylədim axı?! Hardandı üzlərindəki kədər?! Təbbəssüm hanı? Niyə hamı yağdırır bir birinə qarğışları?! Ərzaq dükanında da gözləyirdi qızın qardaşları (Gülüş səsi) Çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onların həyatında yoxdur azadlıq Çoxusu danışır ləhcə ilə Çoxusu təhsilsiz, savadsız Özgə olsaq da, biz doğmayıq Onlar - həyatımın vacib bir parçası (Qatar səsi)
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 4:52
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı