qaraqan sonuncu aşırım şarkı sözleri

Məni öldürə bilməzsiz Geri döndərə bilməzsiz Mənim atəşim yandırır aləmi Məni daha söndürə bilməzsiz Kinsiz, bir də nifrətsiz Döyüşüm sufinin rəqsinə bənzər İncə kəsər həqiqətimin cidası yalanın boynuna xəncər Məni görməməzlikdən gələ bilərsiz, amma görməyə bilməzsiz Necə dəbilqəsiz çarpar sinəmə və yerə tökülər güllələr Uzaqda bir yol var o yol mənim yolumdu, daşlı qala, çınqıllı dərə Hürkmə Qır atım, gözəlim büdrəmə, gözəlim büdrəmə Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Daha yox deyə bilməzsiz, həqiqətə ac olana "Uzan yat" deyə bilməzsiz, oyanıb gözləri açılana Yağı üzərimə qaçır aman, ataraq közərən daşı-sapand Məni dəyə bilməz dəyən insanlara mən artıq ruhi-zaman Özüm-özümü öldürdüm 7 il əvvəl məni daha öldürə bilməzsiz Özüm-özümü atdım sürgünlərə məni sürgünə göndərə bilməsiz Özüm-özümü sildim tarixdən məni qadağan edə bilməzsiz Sıx dişini, Qır atım, biz cumarıq hücuma dəvətsiz Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Mənim cümlələrim bağlıdı dəfinəm doludu sirr ilə Əlbəyaxada qocalmaz ilanla dərisin parçalaram tədbir ilə Mənə atılan şeşpərlər keçər içimdən öldüm amma diriyəm Mən bir səsəm, partlamış təyyarəyəm qara qutunun dibiyəm Məni satın ala bilməzsiz, yox gözüm bu dünyada Qorxuda bilməzsiz, bilirəm yuxuda röyada Hamımız xülyada, büsbütün dünya gözümüzə pərdə Qır atım qorxma, Qır atım addımla, Qır atım irəlilə Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım Gözümün işığı, evimin yaraşığı Yığ qoluna gücünü, sıx dişini Bu sonuncu aşırım
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:33
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı