qaraqan söz şarkı sözleri

Toz altındakı dastan Qara Qoç tullar səyahətə səni Yerin dibindən xırıldar vulkan Çatıbsa vaxt hərarətə zəmin Torpaqdan fışqırır qan Goreşənlər dəhşətə gəlir Qaya üstündə rəqs hərəkətə gəlir Elə bil canlanır Qobustan Qövmü insan pozanda nizamı Çağırır şeytanı meydan Bu nə ağır addım De bu hansı heyvan ki Titrəyir aslan, addımından orman Qaranlığa baxıb hürür itlər Cırıldayır qapalı kilidlər Silkələnib yerə düşür bütlər Elə bil Ərəbistana gəlir İslam Şirin yuxusunda Pompey Xəbəri yox qopur divarlarındakı freska Qaynatdığım dramın Mişleni beş star Yeni nəsil qalıb başsız? Ned Stark Məndən sizə miras "İşıq" və "Qısa Qapanma"dırsa Məni çağır Tesla, məni çağır meyster Bilmir hansı tərəfə axsın — donur mainstream Çünki görür indi püskürəcək qeyzer! Hamı geriyə Diqqət! Diqqət! Hamı girsin evinə Fövqəladə hadisə — təhlükə, təhlükə! Təbii fəlakət — təhlükə, təhlükə! Hamı geriyə Diqqət! Diqqət! Hamı girsin evinə Fövqəladə hadisə — təhlükə, təhlükə! Təbii fəlakət — təhlükə, təhlükə! Gətirdiyim sülh deyil ayrılıqdı Ayırıram atanı oğuldan, əti sümükdən Necə duz ayırır tikanı irindən Ayırıram Arazı Kürdən Qulaqları pas, avazı küydən Necə dulusçu yarır kasanı küpdən Ayırıram buğdanı düyüdən Çürümüş balığı kürüdən Şəxsiyyəti sürüdən Qoca Babil gözünüzə asar bağlar Amma torpağı cadar bağlar Basdırılan haqqa çatar bağırar Kökü gilli qamışın Bax içimə, içim Yanar dağlar Hamı dam eşqinə düşə qalxa ki, başının üstü kor yapalaqlar Ey qalibi bir divin, lovğalanmağa yox vaxt Burda qırxmış otaqlar! Necə xoş-xoş köməklə ağıl dolmaz, ağa, hoş-hoş deməklə Ona görə sənə dərmanı verəcəm yeməklə Gör necə sirrlərim xəzinələnir Kökünə kimi kəsilmiş ölü palıdın Yeni budağı şəcərələnir Örtün qapıları-pəncərələri! İri pəncəli gəlir! Hanı həncəri gəlir! Hamı geriyə Diqqət! Diqqət! Hamı girsin evinə Fövqəladə hadisə — təhlükə, təhlükə! Təbii fəlakət — təhlükə, təhlükə! Hamı geriyə Diqqət! Diqqət! Hamı girsin evinə Fövqəladə hadisə — təhlükə, təhlükə! Təbii fəlakət — təhlükə, təhlükə!
Sanatçı: Qaraqan
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:49
Toplam: kayıtlı şarkı sözü
Qaraqan hakkında bilgi girilmemiş.

Fotoğrafı