qaraqan yol (feat. ayka) şarkı sözleri
Biz göydələnlərin damından dərərik ulduzları yarpaq kimi
Biz qaçarıq, uçarıq Aya, biz sancarıq köynəkləri bayraq kimi
Bizi silsinlər tarixdən, bizə boz səhifədən daha xoşdu bəyaz səma
Bizi gözlüyür dənizlər, adalar, gəmilər, ləpələr, uzaq limanlar
Unudarıq adımızı, soyadımızı, ünvanımızı, dərslərimizi
Unudarıq nömrələri, küçələri, ölkələri, unudarıq hamısını
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir
Yol uzun, gücüm az, ev uzaq, hava buz, ama tək deyiləm yanımda dostlar
Əgər bu nöqtədə olacaq sonumuz, onu çox asan vergül eləmək olar
Qorxma,artıq hər şey geridə
Bakı öz dərdləriylə çürüsün
Bizi gözlüyür yeni yeni ümidlər
Yaşasın dirilər! Ölülər ölsün!
Aç qanad! Çırp qanadlarını buralardan tənha adalara
Sal məskən, yığ dostlarını da oralara, tənha adalara, dost
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir
Sən bacararsan hər şeyi
Sən bacararsan hər şeyi
Sən bacararsan hər şeyi
Əgər istəsən! Sən istəsən
Sən bacararsan hər şeyi
Sən bacararsan hər şeyi
Sən bacararsan hər şeyi
Əgər istəsən! Sən istəsən
Üz! Qaç! Uç! Keç sərhədləri
Düz get, düz! Dərə təpələri
Kaş bilsək nələr gözləyir
Kimlər gözləyir
Bizi harda gözləyir